Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2018
14:21
5007
DİM buraxılış sinifləri üçün inşa yazılarına tələblərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi 9-cu və 10-cu sinif şagirdlərinin buraxılış imtahanlarında inşa yazıları üçün tələbləri və mövzular üzrə nümunələri açıqlayıb.

Qurumdan FaktXəbər-ə verilən məlumatda göstərilir ki, hər iki buraxılış siniflər üzrə inşanın (essenin) qiymətləndirilmə meyarları müəyyənləşib.

Esseyə qoyulan tələblərə görə, 9-cu sinif şagirdləri  250 və daha artıq sözdən ibarət olmaqla, seçilən mövzunu tam açmalıdırlar. Essedə plan (giriş, əsas hisə, nəticə) yazılmalı və buna uyğun məntiqi ardıcıllıq qorunmalıdır.

İnşanın (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılması da şərtlərdən biridir.

11-ci sinif şagirdləri üçün qoyulan tələblərdə essenin 90 və ya daha çox sözdən ibarət olunması istənir.

Bu zaman mövzunun planının yazılması tələb olunmasa da, essedə seçilən mövzunun açılması, dolğun məlumat verilməsi, məntiqi və analitik cümlələrlə izah olunması əsas şərtlərdəndir.

İnşa bir sıra meyarlar əsasında "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndiriləcək.

Hər iki buraxılış sinfi üzrə inşa yazılmasına 30 dəqiqə ayrılır.

Dövlət İmtahan Mərkəzi bildirir ki, 9-cu sinif üzrə inşa yazılması könüllüdür, ancaq fərqlənmə attestatı almaq istəyənlər inşa müsabiqəsindən mütləq keçməlidirlər.

Dövlət İmtahan Mərkəzi 250-dən çox inşa mövzusu ilə  bağlı nümunəni açıqlayıb.

Esse üçün təklif olunanlar, əsasən sərbəst mövzulardır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DİM 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru