Əfqanıstanda sui-qəsdlər davam edir: Bu dəfə prezidentin cangüdəni öldürülüb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2018
11:07
1456
Əfqanıstanda sui-qəsdlər davam edir: Bu dəfə prezidentin cangüdəni öldürülüb

Əfqanıstanın paytaxtıenda  prezident Muhəmməd Əşrəf Qaninin cangüdəni öbldürülüb. FaktXeber.com-un afghanistan.ru-ay istinadla məlumatına görə, bu barədə ölkə DİN-i xəbər yayıb.

Bildirilir ki, onun meyidi paytaxtın rayonlarının birində aşkarlanıb. Anonim mənbədən sayta bildirilib ki, ölən şəxsin adı  Həmid Kirmanidir. Onun bıçaqlandığı bildirilir.

Hadisə ilə əlaqədar citnayət işi qaldırılıb. Hələ ki, heç bir terror təşkilatı cinayətdə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, son bir neçə gündə bu, ilk belə hadisə deyil. Belə ki, şənbə günü axşam  əvvəllər Əfqanıstan Parlamentinin  Yuxarı Palatasının vitse-spikeri olan, icraçı hökuməti rəhbərinin müşaviri  Rafiulla Qul Əfqan və cangüdəni naməlum şəxs tərəfindən güllələnib.

Bundan başqa  Lohar vilayətində parlament sədrinin ikinci müşaviri  Muhəmməd Vəli Sahibzadəyə sui-qəsd olmuşdu. Maşınının güllələnməsi nəticəsində Sahibzadənin iki cangüdəni həlak olsa da, o, qurtula bilmişdi.

Yeri gəlmişkən xatırladaq ki, bu qətllərin hamısı  Kabildə 23 dövlət nümayəndəsinin iştirakı ilə fevralın 28-də keçiriləcək Beynəlxalq Konfrans ərəfəsində olub. Tədbirini gündəliyində sülh prosesi və terrorla mübarizə məsələləri durur.

Onu da qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban" hərəkatının siyasi təşkilat kimi tanınması təşəbbüsü ilə çıxış edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Əşrəf Qəni bildirib ki, Əfqanıstan hökuməti "Taliban" döyüşçüləri və onların ailələrinə pasport verəcək, o cümlədən hərəkatın liderlərinə tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün səy göstərəcək.

"Biz həmçinin məhmus həyatı yaşayan "Taliban" döyüşçülərinin azad edilməsi üzərində işləyəcəyik",-deyə Əfqanıstan prezidenti əlavə edib.

Prezident vurğulayıb ki, hökumət "Taliban"ın sülh prosesinə qoşulacaq üzvlərinin təhlükəsizliyini də təmin edəcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 12:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com