Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2018
10:42
Skautlar cəbhədə əsgərlərlə görüşüblər - FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasın təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarından ibarət qrup cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.

FaktXəbər-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 150 nəfərədək skautdan ibarət nümayəndə heyəti hərbi hissədə xidmət və məişət şəraiti ilə tanış olub, əsgərlərlə söhbət apararaq onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Gənc skautların Azərbaycan əsgərinə ünvanladıqları məktublar da şəxsi heyətə çatdırılıb.

Hərbi hissəyə səfər çərçivəsində ərazidə ağaclar əkilib və qonaqlar əsgərlərlə birgə nahar ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : skaut 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 23:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com