Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2018
09:46
1611
Fikrət Məmmədov Şuradakı vəzifəsində qaldı

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. 

FaktXəbər-in məlumatına görə, iclasda təşkilati məsələlərə baxılıb. Yeni Şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib. 

Eyni zamanda 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilib. Hakimlər tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Məqalədə : Fikrət Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com