Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
21:33
Azərbaycanda 24 qanunsuz miqrant sax­­­la­nıl­ıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) keçirdiyi təd­bir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb. 

DMX-dən bildirilib ki, araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olacağı adı ilə gəldiyi, onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub. 

Saxlanılan digər əcnəbilərin Azərbaycan ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları müəyyənləşib. 

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DMX miqrasiya miqrant 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 22:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com