Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
16:36
Suriyalı qadınlar yardım müqabilində cinsi istismara məruz qalırlar

BMT və digər qurumların nümayəndələri suriyalı qadınlarla humanitar yardım müqabilində cinsi  münasibət tələb edirlər. FaktXeber.com-un məlumatına görə, bu barədə BBC xəbər yayıb.

Hesabatda bildirilir ki, 3 il əvvəl də bənzər hadisələrə görə qurumlara xəbərdarlıq edilsə də, SƏR-in xüsusən cənub bölgəsində bənzər hadisələr davam edir.

Sənəddə deyilir ki, qadlınlar və qız uşaqları  cinsi münasibət  üçün qısa müddətə nümayəndələrlə evləndirilir, ancaq bu yolla ərzaq yardımı ala bilirlər. Yardımları paylayanlar onlarla keçiriləcək bir gecə müqabilində ərzaq paketlərini verirlər.

UNFPA hesabatında xüsusilə dul və ya boşanmış qadınların cinsi istismar  məsələsində müdafiəsiz olduqları vurğulanır.

BMT və yardım təşkilatları belə hadisədən xəbərdar olmadıqlarını bildirirlər.

Qeyd edək ki, bənzər hadisələr 2015-ci ildə də qeydə alınmışdı.Həmin vaxt bu hadisə o qədər yayılmışdı ki, artıq bir qadının əlində ərzaq paketi var idisə, cəmiyyət tərəfindən bunun qarşılığında cinsi istismara məruz qaldığı düşünülürdü.

Beynəlxalq Xilasetmə Komitəsi (IRC) 2015-ci ilin iyul hesabatında Dera və Kuneytrada 190 qadın və qız uşağının yardım quruluşu işçiləri tərəfindən istismar edildiyini bildirmişdi.

BMT və yardım quruluşları belə hadisədən xəbərdar olmadıqlarını bildirirlər.

Məqalədə : Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
475

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
266
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru