Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
16:06
1720
Tillerson: ABŞ-ın 4 xarici işlər naziri ola bilməz

ABŞ-ın dövlət katibi Reks Tillerson bəzi hökumət rəsmilərinin XİN rəhbəri kimi açıqlamalar verməsinə etiraz edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Politico" qəzeti yazıb. 

Reks Tillersonun narazı olduğu rəsmilər Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner, ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli və prezidentin milli təhlükəsizlik üzrə müşaviri general-leytenant Herbert Makmasterdir.

Hər üç şəxs diplomatik korpusun vəzifəsini öz üzərinə götürərək öz sahələrindən kənar bəyanat verir və məsələlərə müdaxilə edirlər. Tillersonun fikrincə, ABŞ-ın dörd xarici işlər naziri ola bilmədiyi üçün buna son qoyulmalıdır.

Qeyd edək ki, Cared Kuşner İsrail-Fələstin münasibətləri, o cümlədən ABŞ-ın Meksika və Çinlə siyasəti üçün məsuliyyət daşıyır.  

Nikki Heyli və Herbert Makmaster isə Birləşmiş Ştatrların yürütdüyü siyasətlə bağlı müxtəlif mövzularda tez-tez açıqlamalar verir.

Məqalədə : Tillerson 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com