Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
14:38
1962
Azərbaycanda narkoman qadınların sayı azalıb

Azərbaycanda rəsmi qeydiyyata alınan qadınların sayı azalıb. Səhiyyə Nazirliyindən FaktXəbərə bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı 612-si, 2017-ci ildə isə 595-i qadın olub.

Ötən il yeni qeydiyyata alınan 2.115 (2016-cı ildə 2.142) narkoman qadınların 26-sı (2016-cı ildə 29-u) qadın olub.

Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.

Məqalədə : narkoman qadınlar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com