Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
11:57
3681
ABŞ S-400-lərə görə Türkiyəni hədələyib

ABŞ  Türkiyəni  Rusiyadan S-400 zenit raket komplekslərini almaqdan imtinaya çağırıb, əks təqdirdə Ankaraya qarşı sanksiyalarla hədələyib. FaktXeber.com-un məlumatına görə, bu barədə Habertürk Vaşinqtondakı mənbəyə istinadla bildirib.

Nəşr bildirir ki, adı çəkilməyən amerikalı məmur Türkiyənin ZRK almasından narahatlığını bildirib, çünki  bu NATO ilə operativ  əməkdaşlığa mənfi təsir göstərə bilər və hesab edir ki, Konqresin yeni qəbul olunmuş qanununa əsasən  ABŞ  Ankaraya sanksiyalar tətbiq edə bilər.

«Havadan müdafiə üçün tələbatını ödəmək üçün Türkiyəyə yaxşı alternativ tapmaq istəyirik», - deyə məmur bildirib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu  S-400 alışına görə hədə dilini qəbuledilməz adlandırıb və bildirib ki, Ankara bundan əvvəl NATO müttəfiqlərindən RƏM vasitəsi almaq istəyib, lakin nədənsə daim onların müəyyən problemləri çıxıb. Bununla əlaqədar olaraq Türkiyə başqa dövlətlərlə danışıqlara başlayıb və 2017-ci ilin dekabr ayında ZRK təchizi ilə bağlı Rusiya ilə saziş imzalayıb.

Qeyd edək ki, Ankara iki batareya alacaq, onlara türkiyəli heyət qulluq edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 02:18



  (+994 55) 786-96-84

  [email protected]mail.com

Valyuta.com