Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2018
09:09
Rusiya İranı tənqid edən BMT layihəsinə veto qoyub

Rusiya İranın Birləşmiş Millətlər Təşkilatının Yəmənə qarşı silah embarqosunu pozduğunu göstərən Təhlükəsizlik Şurasının layihəsinə veto qoyub.

FaktXəbər-in məlumatına görə, İngiltərə tərəfindən hazırlanan və BMT TŞ-də səsverməyə çıxarılan layihəyə Rusiya ilə yanaşı, müvəqqəti üzvlərdən olan Boliviya da əleyhinə səs verib.

Layihə 11 ölkənin dəstəyini almasına baxmayaraq, daimi üzv Rusiyanın vetosuna görə qəbul edilməyib. Çin və Qazaxıstan isə bitərəf qalıb.

İngiltərə tərəfindən hazırlanan və ABŞ tərəfindən dəstəklənən ilk layihə Yəməndə Husilərə raket və silah təmin edərək BMT sanksiyalarını saymamaqda günahlandırılan İranın pislənməsini tələb edirdi, ancaq Rusiyanın etirazı ilə aparılan danışıqlardan sonra layihədən "qınama" sözü çıxarılmışdı. Səsverməyə təqdim olunan layihədə İranın Yəmənə qarşı silah embarqosunu pozmasından duyulan narahatlığa yer verilmişdi.

Layihəyə veto qoyan Rusiya şuraya öz layihəsini səsverməyə təqdim edib. İrandan bəhs etməyən, ancaq Yəməndə Husi liderlərinə tətbiq olunan silah embarqosunun müddətinin 26 fevral 2019-cu ilə qədər uzadılmasını tələb edən qətnamə qəbul edilib.

Rusiyanın BMT daimi nümayəndəsi Vasili Nebenzia doğruluğu sübut olunmamış gərginliyin artmasına səbəb olacaq təhlükəli ifadələr olan və İngiltərənin təqdim etdiyi layihəni qəbul etməyəcəklərini vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:19



  (+994 55) 786-96-84

  [email protected]il.com

Valyuta.com