Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2018
13:03
Göz üçün idman: Yorğunluqdan qurtulmaq üçün 7 məşq

Pis görmə zəmanəmizin bəlasıdır. Eynəklilərin sayı günü-gündən artır. Lakin mütəxəssislər bildirirlər ki, göz sağlamlığının qayğısına nə qədər tez qalınsa, göz zəifləməsi də o qədər gec baş verər.

FaktXeber.com göz itiliyinin qorunması, əzələ tonusunun saxlanılması və kompyuterdə uzun müddət işləyənlərdə yorğunluğun aradan qaldırılması üçün bir neçə gimnasitikanı sizlərə təqdim edir.

Bunu gün ərzində  mütəmadi etmək lazımdır: görmə gərginliyinin hər bir saatını kiçik idmanla azaltmaq lazımdır. Bütün idmanlar oturaq halda 3-5 dəqiqə edilir.

Məşq-1

Stulun söykənəcəyinə yayxanıb, dərin nəfəs alın, qabağa gələrək nəfəsi verin. 5-6 dəfə təkrarlayın.

Məşq-2

Stulun söykənəcəyinə yayxanıb, göz qapaqlarınızı bağlayın,  gözlərinizi möhkəm sıxın, sonra isə açın. 5-6 dəfə təkrarlayın.

Məşq -3

Əlinizi belinizə qoyun, başınızı sağa çevirin, sağ qolunucun dirsəyinə baxın, başınızı sola çevirin, sol əlinizin dirsəyinə baxın, əvvəlki vəziyyətə qayıdın. 5-6 dəfə təkrarlayın.

Məşq 4

Gözlərinizi yuxarı qaldırın, saat əqrəbi istiqamətində dairəvi hərəkət etdirin, sonra saat əqrəbinin əksi istiqamətinə dairəvi hərəkət etdirin. 5-6 dəfə təkrarlayın.

Məşq-5

Qollarınızı qabağa uzadın, barmaqlarınızın ucuna baxın, əllərinizi yuxarı qaldırın (nəfəsinizi alın), gözlərinizlə əllərinizi izləyin, başınızı qaldırmayın, qollarınızı aşağı salın (nəfəsinizi verin). 4-5 dəfə təkrarlayın.

Məşq -6

Düz qarşınızdakı uzaqda olan əşyaya 2-3 saniyə baxın, sonra baxışınızı  burnunuzun ucuna yöənldin, 3-4 saniyə saxlayın. 6-8 dəfə təkrarlayın.

Məşq - 7

Göz qapaqlarınızı bağlayın, 30 saniyə ərzində gözünüzü barmaq uclarınızla massaj edin.

Məqalədə : göz idman 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com