Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2018
11:06
1659
Hindistan yeni pilotsuz təyyarəsini sınayıb - VİDEO

Hindistan ordusu havada 24 saata qədər uçuş həyata keçirə bilən "Rustom-2" pilotsuz təyyarəsinin sınağını uğurla reallaşdırıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "RİA Novosti" agentliyi Hindistanın Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən "DRDO" şirkətindəki mənbəsinə istinadən məlumat yayıb.

Uçuş sınağı Karnataka ştatındakı Tsitradurqa dairəsində uğurla baş tutub. Bütün göstəricilər normal olub.
 
"Rustom-2" həm əl, həm də avtomatik rejimdə düşmən mövqelərindən gecə-gündüz kəşfiyyat məlumatı toplamaq üçün nəzərdə tutulub. Pilotsuz aparatın uçuş hündürlüyü 6,7 kilometr, sürəti isə saatda 280 kilometr təşkil edir.

Məqalədə : pilotsuz təyyarə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 15:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru