Bu küçələrə doğru hərəkət etməyin

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2018
08:51
1681
Bu küçələrə doğru hərəkət etməyin

Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. 

26 fevral saat 08:00-dan tədbir başa çatanadək Xocalı prospektinə Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Sergey Senyuşkin, Fəzail Bayramov, Mehdi Mehdizadə, Süleyman Vəzirov, Sabit Orucov, akademik İzzət Orucov, Ayaz İsmayılov küçələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.

"Ana harayı" abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Məqalədə : DYP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 01:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com