Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2018
14:25
“Xocalıda sönən çıraq” adlı tədbir keçirilib - FOTO

Bu gün “Əsgər Analarına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Xocalıda sönən çıraq” adlı tədbir keçirilib.

Müqəddəs Quran ayəsinin oxunması ilə başlanan tədbirdə ilk söz alan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Xocalı faciəsinin Azərbaycan tarixində ilk soyqırım olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı:

“Tarixi yazarkən vicdanın səsinə qulaq asanlar, qələmi əlinə alarkən əsl qələm sahibini düşünənlər, Azərbaycanın başının üstündən milyon illər boyu keçən qara buludlardan, təlatümlərdən xəbərdardırlar. Biz də öz növbəmizdə zamanımızda baş verən qanlı hadisələrin şahidi olmuşuq.İlk növbədə özümə və burada cəmləşən hörmətli tədbir iştirakçılarına sual verirəm, hər il təşkil olunan bu tədbirlərdə iştirak etməkdə məqsədimiz nədir? Əgər, üzərimizə düşən vəzifəni yalnız ömrümüzü keçirmək məqsədiylə deyil, xalis əməl xatirinə yerinə yetirəriksə, Allah bizləri öz pak hədəflərimizə çatdıracaqdır.”

Xocalı faciəsində əsir düşmüş həmvətənlərimizin, şəhid olmuş əsgərlərimizin haqqına toxunan Növrəstə İbrahimova, edilən haqsızlıqların yerdə qalmaması üçün Allahdan xalqımıza səbr diləmədiyini vurğuladı: “Yaşadığımız rəzilliklər qarşısında, Yaradanımız qarşısında cavabdehik. Biz, Allahın haqqına təcavüz edənlərlə müharibə aparırıq. İnşaAllah işğal olunmuş torpaqlarımızı tezliklə azad etməyimiz üçün Allah bizə güc və təpər versin”.

Daha sonra söz alan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 26 Fevralı  tariximizin qara səhifəsi kimi qiymətləndirdi: “İkinci dünya müharibəsində ingilislər Almaniyadan qisas almaq üçün Drezdendə yerləşən mədəniyyət mərkəzini yerlə- yeksan etdilər, yaxud amerikalıların Yaponiyaya iki atom bombası atması Sakit okeanda Yaponiyanın ABŞ hərbi bazalararını məhv etməsi aktına cavab idi. Ümumiyyətlə, qisas almaq  mübarizə aparan tərəflərin normal aksiyasıdır və azərbaycanlılar da Xocalı faciəsinin qisasını almaq haqda daim düşünməlidirlər”.

Partiya sədri Mübariz İbrahimov nümünəsinə də toxunaraq bildirdi ki, gənclərimiz onun fikirləri əsasında tərbiyə almalı, Mübariz İbrahimovun etdikləri daim cəmiyyətdə təbliğ olunmalıdır.

Tədbirdə Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev də nitq söylədi. Xocalı faciəsini Azərbaycan tarixinin acınacaqlı və qanlı səhifəsi kimi qiymətləndirən natiq, vurğuladı ki, Xocalıda baş verənlərin cavabı təkcə qisas və intiqam alınmaqla yekunlaşmamalı, Azərbaycan dövləti və xalqı öz gələcəyini tənzimlənməsi üçün tökülən şəhid qanlarından hər zaman ibrət götürməlidir:

“Bu məsələ bizim əqidəmizlə də bağlıdır. İslam – İnsanın fitrətindən qaynaqlanan dindir. Hər bir müsəlman gündəlik icra etdiyi 5 namazda Fatihə surəsi vasitəsiylə Allahından doğru yola yönəlməsini istəyir: “Məni düz yola hidayət elə, bəndələrinə nemət verdiyin yola”. Sual ortya çıxır, bu hansı nemətdir ki,  insan gün ərzində 5 vaxtda Allahdan nemət verilmiş insanların yolunda olmağını istəsin..."

"Bu cümlə Həzrəti Musa Əleyhissalamın buyuruşunda öz mənasını tapır. Quran ayəsində Allah Musa(ə) dilindən bəyan edilən cümlədə buyurur: “Sən mənə böyük bir nemət əta etmisən, bu heç zaman zülm əhlinə dayaq olmamaq nemətidir”.

"Düşünürəm bu, çox dəqiq ifadə olunmuş mətləbdir ki, Allah Təala hamıya vacib edib. Xocalı faciəsini yaşatmaqda məqsədimiz zülmün qarşının alınmasına xidmət etməlidir.”

Tədbirin sonunda iştirakçılara Xocalı faciəsinə həsr edilmiş xatırlatma şəkilləri paylanıldı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6450

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5328

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6831

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6842

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9397

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 09:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru