Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2018
14:55
Tovuzda yanaraq ölən ər-arvad qətlə yetirilibmiş - YENİLƏNİB

Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub.

Tovuz rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Məlumata görə, qətlə yetirilən Pakizə Mirzəyeva Tovuz rayon Poliklinikasında uşaq həkimi işləyib. O, AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır. 

Qeyd edək ki, R.Mirzəyevin oğlu Anar Mirzəyev isə fevralın 15-də Sabirabad rayonu ərazisində avtomobil qəzasına düşərək ölüb. 

***

Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb. 

FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən verilə məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın yanaraq öldüyü məlum olub. 

***

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

FaktXeber.com Report-a istinadən məlumat verir ki, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

***

Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

Yanğın nəticəsində onların övladları da xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tovuz yanğın faciə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 11:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com