Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
16:03
İsrail həbsxanalarında fələstinli məhkumların yeməkləri azaldılır

İsrail həbsxanalarında fələstinli məhbuslara verilən yemək miqdarının azaldılacaq. FaktXeber.com-un Haberler-ə istinadla verdiyi məlumata görə, bu barədə Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər Cəmiyyəti xəbər verib.

Bildirilir ki, İsrail Həbsxanalar İdarəsi hökumətin büdcədə 20 milyon şeker (təqribən 6 milyon dollar) kəsmə qərarı səbəbindən, verilən yeməyin miqdarının azaldılacağı barədə məhbsulara xəbərdarlıq edilib.

Fələstin Əsirlər Mərkəzinin müdiri  Usama  Şahin İsrail Həbsxanalar  İdarəsinin  illərdir fələstinli məhkumlara qarşı yemək, geyim və ziyarət kimi xidmətləri azaltdığını bildirib.

Bunun bir növ cəzalandırma və təzyiq siyasəğti olduğunu deyən Şahin İsrail Həbsxanalar İdarəsinin Fələstinli məhbusların aclıq aksiyaları ilə əldə etdikləri  haqları qəsdən geri almaq istədiyini vurğulayıb.

Qeyd edək ki, beynəlxalq qurumların hazırladıqları hesabata görə, İsrail həbsxanalarında 57 qadın və 300 uşaq olmaqla 6500 fələstinli var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 16:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com