Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
14:44
Tiflisdə Corc Sorosun müqəvvası yandırılıb

Gürcüstanın paytaxtı Tiflis şəhərində "Açıq Cəmiyyət Fondu"nun ofisi qarşısında Corc Sorosun müqəvvası yandırılıb. FaktXəbər-in "Novosti Qruziya" saytına istinadən verdiyi məlumata görə, fondun təsisçisi sayılan amerikalı milyarder Corc Sorosun müqəvvasını "Gürcü marşı" partiyasının üzvləri alovlandırıblar.

Aksiya iştirakçıları "Rustaveli" metro stansiyasından "Açıq Cəmiyyət Fondu"nun ofisinədək "Yaşasın xalq, məhv olsun düşmən" şüarı səsləndirərək yürüş keçiriblər.

Narazı kütlə Soros Fondunun bağlanılmasını və xaricdən maliyyələşdirilən bütün qeyri-hökumət təşkilatlarının qadağan edilməsini tələb edir.

Onların fikrincə, Soros fondu ilə mübarizə apararaq Gürcüstan gənclərini mənfi təsirlərdən qoruyurlar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Soros 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 16:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com