Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
14:41
`Formula 1` bizi dünyaya tanıdırmı? - FOTO

Zellandiyanın Taupo şəhərinin düz mərkəzində «Baku» adlı kafe fəaliyyət göstərir. FaktXeber.com-un məlumatına görə, bu barədə səyyah Baba Ağayev özünün  Facebook səhifəsində məlumat verir.

Onun sözlərinə görə, kafeni təsadüfən görüb.

"Topua gölünün ətrafına çatanda yaxınlıqda gördüyümüz qəşəng bir kafe oldu: Baku Cafe! Üçümüz də şübhəli birbirimizə baxdıq… Yolu geri qayıdıb, gəldik kafeni yoxlamağa ki, bu həqiqətən bizim Bakıdır, yoxsa təsadüfdür?", - deyə o bildirib.

B.Ağayev həmin vaxt kafe bağlı olduğundan bir gün sonra ora yenidən baş çəkməyi qərarlaşdırdıqlarını vurğulayır: "…Günorta yolüstü kafenin açıq vaxtı içəri daxil olduq. Yaxınlaşıb kafenin Azərbaycanla əlaqəsini soruşduq. Deməli, kafenin sahibi Yeni Zellandiyalıdır. Formula 1 həvəskarı. Hər yarışına gedən dəli həvəskarlardan. 2016-cı ildə Bakıda ilk dəfə keçirilən Formula 1-ə o da gəlir. Və həm yarışı, həm təşkilatçılığı, həm də Bakını çox bəyənir. O qədər bəyənir ki, 5-6 ay sonra açdığı yeni luxury kafesinin adını məhz "Cafe Baku" qoyur!".

Baba Ağayev bildirib ki, kafenin içərisindən Bakının mərkəzinə aid maraqlı şəkillər də var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 07:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com