Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
13:45
Deputat: Vasitəçilər qiymətləri süni şəkildə artırır

Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir:

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Məqalədə : bazar bahaçılıq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com