Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
13:15
Xəbərdarlıqdan sonra “Avto FM”də dəyişikliklər hiss olunur

““Avto FM”ə (107.7) xəbərdarlıq edildikdən sonra radioda müəyyən müsbət dəyişikliklər hiss olunur”.

FaktXəbər-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib.

Şöbə müdirinin sözlərinə görə, “Avto FM”-də radionun profilinə uyğun bəzi veriliş və rubrikalar yaradılıb: “Əvvəlki dövrdə radionun efirində yerli musiqilərə demək olar yer verilmirdisə, hazırda efirdə 1 saata qədər yerli musiqilər yayımlanır”.

Qeyd edək ki, MTRŞ-nin monitorinqləri zamanı “Avto FM” radiosunun ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərdiyi aşkarlanıb. Məsələ ilə bağlı MTRŞ sədri Nuşirəvan Məhərrəmli tərəfindən “Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : MTRŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 06:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com