Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
12:48
Ərdəbildə Xocalıya həsr olunmuş konfrans keçiriləcək

QAT mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, İranın Ərdəbil Universitetində İşğala və Terrora qarşı Beynəlxalq Forumun birgə təşkilatçılığı ilə fevralın 27-də Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Konfransda İranla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən nümayəndələrin iştirakı nəzərdə tutulur.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, İşğala və Terrora qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı açıqlamasında, “İranda Xocalı soyqırımı, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlərin keçirilməsi, obyektiv informasiyanın çatdırılması vacibdir. Biz İran ictimaiyyətinin, konfransda iştirak edəcək digər ölkələrin nümayəndələrinin bu istiqamətdə məlumatlandırılmasına çalışacağıq. Eyni zamanda orada İşğala və Terrora qarşı Beynəlxalq Forumun 4-cü toplantısının da keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Beynəlxalq Forumun ilk, təsis toplantısı 2015-ci ilin dekabrında Bakıda, 2-ci toplantı Türkiyənin İzmir şəhərində, 3-cü toplantı isə Gəncədə keçirilib”, - deyə  bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xocalı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 06:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com