Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
11:45
Oğurluğa girmək istədi, ilişib qaldı - YENİLƏNİB (VİDEO)

23.15

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən xəbərə görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən "Alov" parkındakı "Alov" restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A. Mehralıyevin guya kimlərsə tərəfindən bacaya atılmasıı barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə ki, A. Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A. Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A. Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.

Hazırda A. Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

Bakıda işgəncə ilə insan öldürmək qərarı verilib.

FaktXeber.com məlumat verir ki, Asif Canəli adlı şəxsi "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən "Alov” restoranın havalandırma qurğusunun içərisinə atıblar. Onu çıxarmaq uçun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Xoşbəxtlikdən zərərçəkən şəxsi havalandırma qurğusundan sağ çıxarmaq mümkün olub Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : havalandırma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 10:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com