Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
11:18
Sürücülərin nəzərinə! Bu küçə təmirə bağlanır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək”, - deyə məlumatda qeyd olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yol təmiri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 11:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com