Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
10:54
Rusiyadan BMT-nin Şərqi Quta qətnaməsinə veto

BMT-nin Şərqi Qutada 30 günlük atəşkəs rejimi  və humanitar yardım barədə qətnaməsinə Rusiya tərəfindən veto qoyulub. FaktXeber.com-un məlumatına görə, bu barədə The Guardian  xəbər verib. 

Rusiyanın BMT-dəki səfiri  Vasiliy  Nebenziya Təhlükəsizlik Şurasının Şərqi Quta hadisələri barədə fövqəladə  iclasında bəyan edib ki, Rusiya İsveç və Küeyt tərəfindən  təklif olunan  atəşkəs  barədə qətnaməni qəbul etməyəcək.

O, bildirib ki, şəhərdə mülki vətəndaşlar arasında  ağır qurbanlar barədə xəbərlər, kütləvi psixozun məhsuludur.

«Son günlər ancaq eyni söz-söhbəti yayan qlobal KİV-də kütləvi psixoz,  şəhərdə həqiqətən baş verənləri anlamağa heç cür kömək etmir», - deyə Nebenziya bildirib.

«Bu barışığın qorunmasında hansı zəmanətlərin olacağı barədə biz israrla maraqlanırıq. Ancaq hələ ki, inandırıcı bir cavab ala bilmirik», - deyə o, əlavə edib.

Səfir həmçinin  bəyan edib ki, layihədəki bir sıra məddələrə dəyişiklik etmək istərdi.

Şərqi Quta silahlı qruplaşmaların nəzarətindədir. Suriya Ordusu Rusiya Aviasiyasının dəstəyi ilə şəhərdə terrorçuların mövqelərinə zərbələr endirir. Dünən məlum oldu ki,  Rusiya Suriyaya bir neçə qırıcı, o cümlədən  müasir Su-57 göndərib. Ehtimal olunur ki, Şərqi Quta əməliyyatlarında onlar da iştirak edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şərqi Quta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com