Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
10:46
5G texnologiyası nədir? - Mütəxəssis cavablandırır

Ötən gün dünya KİV-lərində yeni - 5G texnoloqiyasının tətbiqi haqda xəbərlərlər yayımlanıb. Məlumata əsasən, yeni texnologiya dünyanın ən böyük operatorlarından olan "AT&T" tərəfindən tətbiq edilərək  ABŞ-ın 3 şəhərində sınaqdan keçiriləcək. Bəs görəsən 5G standartı deyiləndə nə nəzərdə tutulur, onun 4G-dən üstün cəhətləri hansılardır?

Mövzu ilə əlaqədar FaktXeber.com-a münasibət bildirən informasiya texnoloqiyaları (İT) üzrə mütəxəsissis Emil Fərzəliyev bildirdi ki, ABŞ-da 5G şəbəkəsi işə düşsə də, test rejimində işləyir:  "Ümumiyyətlə mobil şəbəkə nəsilləri 10 ildən bir yenilənərək istifadəyə verilir. Həmçinin 4G Yüksək Sürətli Məlumat Ötürmə standartı (LTE) 2009-cu ildə istifadəyə verilmişdi. 5G-yə gəldikdə, deyə bilərik ki, bu  şəbəkənin Avropada 2020-ci ildən istifadəyə verilməsi nəzərdə tutulur. 5G-nin əsas üstünlüyü təbii ki, internet sürətindədir". 

Müsahibimiz 5G-nin digər üstünlüklərini də sadalayıb:  "Araşdırmalar onu göstərir ki, 5G şəbəkəsi saniyədə 10 gb  sürət ötürmə gücünə malikdir. 4G-də bu göstərici 1 gb-yə qədər idi. 5G-nin digər üstünlüyü smartfon enerjisinin minimum dərəcədə istifadə etməsidir. Bundan əlavə, 4G ilə müqayisədə 5G-nin spektral effektin yüksək olmasını, şəbəkənin keyfiyyətli olmasını, eləcə də donmaların LTE-yə nisbətən az olmasını da vurğulamaq mümkündür".

Mütəxəssis 5G-nin insan orqanizminə ziyanları haqda da məlumat verərək bildirib ki, yeni texnoloqiyanın sürəti çox olduğundan yüksək şüa buraxır və insan orqanizminə mənfi təsirlər qoya bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 5G 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2018 15:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com