Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
10:32
Savçenko böyük müharibə anonsunu verib

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko bildirib ki, bir neçə ildən sonra Ukrayna, Rusiya və Avropanı əhatə edəcək böyük müharibə başlayacaq. FaktXəbər-un verdiyi məlumata görə, ukraynalı deputat bu fikri "ZİK" kanalının efirində səsləndirib.
 
Onun fikrincə, sülhməramlı missiya Donbasdakı münaqişənin həllinə kömək edə bilməyəcək.
 
"Dörd və ya maksimum beş ildən sonra bizi sərhədlərin yenidən bölünəcəyi böyük müharibə gözləyir. Təkcə Ukrayna deyil, Rusiya və Avropanın da sərhədləri bölünəcək",-deyə Savçenko əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Savçenko 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 16:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com