Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
10:12
Trampın CNN-ə qarşı müharibəsi davam edir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Twitter səhifəsində CNN-in Floridada məktəbdəki qətliamla bağlı xəbərini "saxta" adlandırıb.

FaktXəbər-in məlumatına görə, Tramp, "məktəbdə çəkiliş zamanı sağ qalan gənc öncədən yazıllan suallar verildikdən sonra CNN-nin studiyasından çıxdığını yazıb. Demək olar ki, CNN-də bütün xəbərlər saxtadlr. Ona görə də onların reytinqi belə aşağıdır!", - deyə yazıb.

"The Hill" nəşrinin yazdığına görə, Parklənd şəhərindəki atəşdən xilas olan Kolton Haab CNN telekanalında çıxışdan imtina edib. Buna səbəb isə, auditoriyanın ona verəcəyi sualların öncədən CNN əməkdaşları tərəfindən hazırlanması olub.

Xatırladaq ki, 14 fevral tarixində Florida ştatının Parklənd şəhərindəki məktəbdə atışma olmuşdu və nəticədə 17 nəfər ölmüşdü. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 15:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com