Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
09:51
Məşuqəsini şantaj edən qubernator saxlanıldı

ABŞ-ın Missuri ştatının qubernatoru Erik Qreytens saxlanılıb. FaktXəbər-in "Fox News"a istinadən verdiyi məlumata görə, amerikalı qubernator şəxsi həyat hüququnu pozmaq ittihamı ilə məsuliyyətə cəlb olunub.

Məlumata görə, bu ilin yanvarında Erik Qreytens məşuqəsini şantaj etmək məqsədi ilə onun şəklini çəkib. Münasibətləri barədə heç kimə danışmasını istəməyən qubernator əks təqdirdə şəkili ictimailəşdirməklə təhdid edib.

Məsələnin ictimailəşməsindən sonra qubernator faktı təsdiqləyib. Bunun üzərinə polis onu həbs edib.
 
Erik Qreytens 2016-ci ilin noyabr ayında Missurinin qubernatoru vəzifəsinə seçilib. Bu ştatın qanunverici məclisinin üzvləri artıq onu istefa verməyə çağırıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qubernator 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com