Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
09:10
Türkiyə Hollandiyanı fakt qarşısında qoydu
Avropanın mərkəzindəki qətliamı soyqırımı kimi tanımayan ölkə...

Ankara Niderland parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsini qətiyyətlə pisləyir. FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına  görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.  

“Niderland parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini “soyqırımı” kimi  tanınmasına dair qətnamə qəbul etməsini şiddətlə pisləyirik. Avropanın mərkəzindəki Srebrenitsa faciəsini indiyədək soyqırımı kimi tanımayan ölkənin parlamentinin bu əsassız qərarının nə tarixlə, nədə ki hüquqla heç bir əlaqəsi yoxdur.  Deməli, o heç bir hüquqi qüvvəyə malik deyil”, - deyə bəyanatda qeyd edilir.

“1915-ci il hadisələrinə dair Türkiyənin mövqeyi tarixi faktlara və hüquq normalarına əsaslanır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı da bu məsələdə haqlı olduğumuzu təsdiqləyir”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatası uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib. 

Məqalədə : Türkiyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 00:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]m

Valyuta.com