Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2018
08:41
2044
ABŞ Rusiyadan S-400 alan ölkələri açıq şəkildə hədələdi

Son zamanlar ABŞ-la münasibətləri gərginləşən Rusiya müttəfiqlərinin sayını artırmaq məqsədi ilə ABŞ siyasəti ilə onsuz da razılaşmayan ölkələrə S-400 Zenit Raket Kompleksi satmağa başlayıb. Bu isə ABŞ-da ciddi şəkildə narahatlıq yaradıb. Məhz bu narahatçılığın nəticəsidir ki, ABŞ İraq və digər ölkələrə Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasının fəsadları barədə xəbərdarlıq edib.

FaktXəbər-in məlumatına görə, bu barədə “RİA Novosti” yazıb. Agentlik bildirir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert xəbərdarlığı yeni qəbul edilmiş “ABŞ  əleyhdarlarına sanksiyalar vasitəsilə müqavimət” (CAATSA) qanunu ilə əlaqələndirib.    

Hezer Nauertin sözlərinə görə, ABŞ İraq da daxil olmaqla dünyanın bütün ölkələri ilə CAATSA-ya dair danışıqlar aparır və Rusiya silahı alacaqları təqdirdə Vaşinqtonun buna cavab reaksiyası verəcəyi barədə xəbərdarlıq edir: “Biz bunu çalışdığımız bir çox ölkəyə açıq şəkildə bildirmişik”.    

Qeyd edək ki, bundan əvvəl Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondaryov Suriya, İraq, Sudan və Misirin “S-400”-ün potensial alıcısı olduğunu bildirib. 

Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 22:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com