Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
15:05
Bəhreynli aktivist Səudiyyəni tənqid etdiyi üçün həbsə məhkum oldu

Bəhreyndə  hüquqmüdafiəçi Nabel Rəcəb yazdığı tənqidi tvitlərinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Reuters xəbər yayıb.

Qeyd edək ki, Nabel Rəcəb Səudiyyə Ərəbistanın  Yəmənə təcavüzünü qınamış, həmçinin Bəhreyn hökumətini həbsxanalarda məhbuslara işgəncədə ittiham etmişdi.

Beynəlxalq hüquqmüdafiə təşkişlatları qərarı tənqid ediblər və Bəhreyni vətəndaşların söz azadlığını boğmaqda günahlandırıblar.

«O (Rəcəb), öz fikirlərini internetdə dediyi üçün dahşa 5 ilini həbsdə keçirməsi qəbuledilməzdir», - deyə Amnesty International-ın Yaxın Şərq və Afrika üzrə  nümayəndəsi  Heba  Morayf bildirib.

Almaniya İnsan Haqları Təşkilıtın komissarı  Berbel Koyler  Bəhreyni söz və mətbuat azadlığı məsələsində ölkə Konstitusiyasını pozmamağa çağırıb. 

Rəcəbin oğlu Adəm bildirib ki, atası hökmü eşidəndə bərkdən gülüb və əli ilə sülh işarəsini göstərib.

2011-ci il ərəb oyanışında Bəhreyndə baş verən etiraz aksiyalarında  Rəcəb əsas aparıcı fiqurlardan biri olub.

Qeyd edək ki, əsasən sünnilərdən ibarət hökumət ölkənin ən böyük iki siyasi qrupunu («Əl-Vəfa» və «Vaad») ləğv edib, Bəhreyn İslami Milli Vəfa Cəmiyyətinin sədri, alim Şeyx İsa Qasim də daxil olmaqla bir çox siyasi məhbusları vətəndaşlıqdan çıxarıb. Bundan başqa şiə məzhəbindən olan mülki vətəndaşlara ölüm hökmü verib.

Bir neçə gün öncə Bəhreyn qəzetləri bəyan etdi ki, hər iki qrupun oktyabr-noyabr aylarında keçiriləcək parlament  seçkilərində iştirakını ləğv edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bəhreyn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com