Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
14:25
1658
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişiklikləri

FaktXəbər “AzeriDefence” saytına istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. 

Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.

Bununla yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub.

İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 13:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com