Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
14:07
Air France əməkdaşları maaş üçün ayağa qalxdılar

Fransanın "Air France" aviaşirkətinin əməkdaşları iş şəraiti və əməkhaqqı siyasətinə etiraz üçün tətilə başlayıblar. Tətilə görə, şirkətin Fransadan başlayan beynəlxalq uzun məsafəli uçuşlarının yarısı ləğv edilib.

FaktXəbər-in məlumatına görə, "Air France" əməkdaşlarının təmsil olunduğu 10 ayrı həmkarlar ittifaqları tərəfindən yayımlanan açıqlamada, şirkətin vəziyyətinə işarə edilərək tətil qərarı verildiyi qeyd olunub.

Açıqlamada vurğulanır ki, şirkətin işçilərə təqdim etdiyi iş şərtlərinin yüngülləşdirilməsi və maaşların 6 faiz artırılmasl üçün tətilə başlayıblar.

Son 8 ildə "Air France"də işləyən 15 min insan işdən azad edilib.

Şirkət ölkə daxili uçuşların da böyük hissəsinin baş tutmayacağını açıqlayıb.

"Air France"ın baş direktoru Frank Terner işçilərin 6 faiz artım tələbinin ödənilməsinin qeyri-mümkün olduğunu deyərək, buna imkanlarının olmadığını söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fransa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 10:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com