Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
13:32
3680
3 Milli Qəhrəmanın doğum günüdür

22 fevaral Azərbaycanın Milli Qəhrəmanları Tahir Həsənov, Faiq Rəfiyev və Rövşən Hüseynovun doğum günüdür.

Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulmuşdur. Tahir Həsənov kəşfiyyat qrupuna rəhbərlik etmiş, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak etmiş, qəhrəmanlıqla vuruşmuşdur. O, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər vuruşmuş, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partlatmış və bir neçə düşməni də məhv etmişdir.

Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində doğulmuşdur. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak etmişdir. O, Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşmuş və 1992-ci il yanvarın 10-da həlak olmuşdur.

Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. Onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin tələbələri dəstə düzəltdilər və cəbhəyə yola düşdülər. Rövşənin komandiri olduğu tələbə tağımı Goranboy rayonu ərazisində Holandağ yüksəkliyi, Ergəc, Mənəşli, Buzluq döyüşlərində qəhrəmanlıq göstərdi. O, 1992-ci il mayın 11-də Marquşevan uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.

Məqalədə : Milli Qəhrəman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
61

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
50

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
57

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
415

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
338

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
258

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
250

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
502
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 11:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru