Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
12:42
Təhsil İdarəsi mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə uşaqların onlayn qeydiyyatı üçün istifadə olunan mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un soruğusuna cavab olaraq bildirilib ki, hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə, I sinfə uşaqların elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə oluna bilər.

Qeyd olunub ki, minlərlə adam eyni anda sistemə giriş edir: “Ona görə də valideynlər səbrli olmalıdır, çünki bu obyektiv texniki məsələdir”.

Xatırladaq ki, bu gündən paytaxt üzrə məktəblərin I sinfinə uşaqların onlayn qeydiyyatı başlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 03:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com