Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
11:16
Amnesty International: Kiyev `Maydan`ın vədlərini unudub

Ukraynada insan hüquqlarına riayət edilməsi məsələlərində geriləmə müşahidə olunur. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Amnesty International" təşkilatının illik məruzəsində bildirilir.
 
"Hökumətin tənqidçiləri, jurnalistlər və qeyri-kommersiya təşkilatıları hakimiyyət və ultra sağçı qüvvələrin artan təzyiqi ilə üzləşib. Bu, Rusiya aqressiyasının qarşısını almaq adı altına baş verib və söz azadlığı pozulub",-deyə bəyanatda qeyd olunur.

"Amnesty International" məruzəsində həmçinin deyiilir ki, Ukraynada öldürülən jurnalistlər Oles Buzin və Pavel Şeremetin qatillərinin tapılması istiqamətində aparılan istintaq heç bir nəticə verməyib. Hər iki jurnalist Ukrayna hakimiyyəti və siyasətçilərini Donbas məsələsində sərt tənqid edirdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Amnesty International 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 16:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com