Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
10:52
`Zeytun Budağı` əməliyyatında 1829 terrorçu zərərsizləşdirilib

Türkiyənin Baş Qərargahı 20 yanvar 2018-ci il tarixində Suriyanın Afrin vilayətində başladılan "Zeytun budağı" əməliyyatları ilə bağlı məlumat açıqlayıb. 

FaktXəbər-in məlumatına görə, açıqlamada bildirilir ki, hərəkat çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına qarşı quru və havadan əməliyyatlar davam edir.

Dünən əməliyyatlar nəticəsində terror təşkilatlarının 65 üzvü zərərsizləşdirilib.

Hərəkatın başlanğıcından etibarən zərərsizləşdirilən terrorçu sayı isə 1829 olub.

Əməliyyatlar başlayan gündən etibarən Afrinin 5 mahalında 63-ü kənd, 6-sı yaşayış massivi və 20-si strateji yüksəklik olmaqla ümumilikdə 91 nöqtə azad edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Afrin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com