Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
15:20
Azərbaycanda valyuta satışının həcmi kəskin azalıb

2017-ci il ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

Bildirilir ki, tədiyyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilməsi siyasəti nəticəsində valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib.

“Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənib. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. 2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb. Belə ki, ötən illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5,8%, avro ilə əməliyyatların həcmi isə 5,4% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 56,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,8%-i hüquqi şəxslər ilə valyuta əməliyyatları təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən 2016-cı il ərzində 445,4 mln. dollar xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26,5 mln. dollar xalis satış həyata keçirilib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır,” – deyə icmalda qeyd olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : valyuta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 08:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com