Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
14:15
AFFA İntizam Komitəsi baş məşqçi və məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. FaktXəbər-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər geniş müzakirə olunub. Komitə oyunun video yazısını izlədikdən sonra “Zirə”ni 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib, baş məşqçi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalanıb, klub 4000 manat ziyana düşüb. Baş məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin legionerləri Riçard Qadze və Sadio Tounkara aqressiv hərəkətlərə yol vermələri səbəbindən 2 oyunluq cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub. 

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Komandanın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AFFA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 22:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com