Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
13:07
Rusiyada hansı ölkədən nə qədər qanuni oğru var? - SİYAHI

Rusiya rəhbərliyi kriminal avtoritetlərin ölkədən deportasiyasına başlayıb. FaktXəbər-in "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi məlumata görə, "qanuni oğru"ların deportasiyası haqqında qərarı şəxsən ölkənin daxili işlər naziri Vladimir Kolokolçev verib.

Məlumata görə, hazırda Rusiyadan çıxarılacaq avtoritetlər arasında 51 yaşlı Gürcüstan vətəndaşı Aslan Kobuladze və Suliko Şarikadze, o cümlədən 43 yaşlı Qırğızıstan vətəndaşı Kamçibek Kolbaev var.

Buna qədər Rusiyadan Gürcüstana Baçuka Paçuliya, Azərbaycana isə "Dadaş Bakınskiy" deport edilib.

"Qanunda oğru"ların deportasiyası daha çox dələduzluq, silahlı qrupların yaradılması, narkotik maddələrin saxlanması və satışına görə həyata keçirilir.

Rusiyada "qanuni oğru"ların sayı 432 nəfər təşkil edir. Onlardan 318 nəfər azadlıqda, 114 nəfər həbsdə, 31 nəfər istintaq altında və 19 nəfər isə axtarışdadır.

Bu ölkədə yaşayan avtoritetlərin milliyyətcə say nisbəti belədir: Gürcü (242), rus, (51) erməni, (30), yəzdi (26), azərbaycanlı (16), abxaz (10), çeçen (8), yəhudi (7).

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qanuni oğru 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com