Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
11:35
Həcc zəvvarlarımızın gediş və dönüş vaxtı açıqlanıb

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.

Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.

Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com