Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2018
09:21
ADP sədri Sərdar Cəlaloğlu namizədliyini irəli sürdü

ADP İdarə Heyətinin növbədənkənar iclası keçirilib. İclasda İdarə Heyətində müzakirəsi yarımçıq saxlanılan 11 aprel 2018-ci il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində ADP-nin iştirak etməsi məsələsinin müzakirəsi davam etdirilib.

Bu barədə FaktXəbər-ə ADP mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, müzakirələrdə İdarə Heyətinin bütün üzvlərinin bu məsələ ilə bağlı fikir və rəyləri bir daha dinlənilib. Ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, həmçinin regionda və dünyada gedən proseslərin ölkənin gələcəyinə mümkün təsirləri dəyərləndirilib, bu seçkilərdə ölkənin müxalifət partiyalarının dağınıqlığının vahid müxalifət mövqeyinin formalaşmasına imkan vermədiyi qeyd edilib. Seçkilərin xalqın siyasi aktivliyinin artırılmasında rolunu, partiyanın ölkənin indiki durumdan çıxarılması ilə bağlı ideyalarının seçkilər zamanı xalqa çatdırılması imkanlarını, partiyanın son on ildə izlədiyi siyasi dialoq və konstruktivizm siyasətini, demokratikləşmədə iştirakçılıq prinsipinin mühüm əhəmiyyətini nəzərə alaraq ADP-nin 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində partiyanın sədri S.Cəlaloğlunun namizədliyi ilə iştirak etməsi barədə qərar qəbul olunub. Bu məsələ ilə bağlı prosedur addımlarının atılması ilə bağlı partiyanın müvafiq strukturlarına göstərişlər verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com