Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
16:55
2337
`Mənim heç nəyim yanmayıb` - Ziya Məmmədov

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.

FaktXəbər bildirir ki, Z. Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır: "Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil".

Ziya Məmmədov evinin yanması barədə xəbərlər haqda deyib: "Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.

Məqalədə : Ziya Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com