Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
15:30
2379
Qətərdən Səudiyyəni qəzəbləndirəcək daha bir addım

Qətər regionun altı ölkəsinin daxil olduğu Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasını tərk etməyi düşünmür. FaktXəbər-in verdiyi məlumata görə, bu açıqlama ilə ölkənin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tani çıxış edib.

"Qətərə qarşı blokada tətbiq edənlər istəyirdi ki, biz bu təşkilatdan çıxaq və yeni qurum yaradaq. Lakin bu alınmayıb. Nə qədər ki, Qətər var, şurada işləməyə davam edəcək",-deyə nazir vurğulayıb.

O, həmçinin bildirib ki, qonşu ölkələr Qətərə qarşı sanksiya tətbiq etməklə Əməkdaşlıq Şurasının nizamnaməsinin bütün müddəalarını pozub.
 
Qeyd edək ki, Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Oman və Səudiyyə Ərəbistanından ibarətdir.  

Məqalədə : Qətər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 06:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com