Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
15:24
Cinayətkarların üz cizgisini daha asan müəyyənləşdirmək olacaq

Belçikanın KU Leuven ilə ABŞ-ın Pittsburq, Stanford və Penn State universitetlərindən olan elm adamaları nəticələri "Nature Genetics" jurnalında yayımlanan tədqiqatda, 3 ölçülü insan üzlərinin yerləşdiyi informasiya bazasınında gen məlumatlarını eyniləşdirərək DNT zəncirində insan üzünün formasını müəyyən edən genlərin yerləşdiyi 15 zonanı göstəriblər.

FaktXəbər-in məlumatına görə, əvvəllər bu sahədə aparılan araşdırmalarda gözlər arasındakı məsafə və ya ağızın böyüklüyü kimi müəyyən xüsusiyyətlər əsas götürülərək hansı genlərin buna təsir etdiyini başa düşməyə çalışdıqlarına diqqət çəkən tədqiqatçılar, hərtərəfli nəticələr əldə ediblər.

Tədqiqatçılar iş üçün ilk öncə üzləri daha kiçik modullara ayırıblar. Sonra hər bir modulun formalaşmasında ən çox hansı genlərin əsas olduğunu müəyyən etməyə çalışıblar. Bunun sayəsində isə çoxlu sayda üz xüsusiyyətinin genetik qarşılıqları eyni anda ortaya çıxıb.

Bu üsulla insanın üz cizgilərinin formalaşmasında gen zəncirinin 15 bölgəsindəki genlərin əsas olduğu müəyyənləşdirilib. Məlum olub ki, bu genetik dəyişənlər insan üzü hələ ana bətnində formalaşmağa başlayandan etibarən fəaliyyətdə olur.

Tədqiqatçılar həmçinin araşdırmada müəyyən edilən 15 gendən 7-sinin burunla bağlı olduğunu bildiriblər. Bu tapıntı ədliyyə ekspertlərinin işini daha da asanlaşdıracaq. Belə ki, kəllə sümüyündə buruna dair hər hansı bir iz olmadığı üçün cinayətkarın əsl simasını müəyyənləşdirmək çətin olurdu. Yeni göstəricilər sayəsində bu iş daha uğurla həyata keçiriləcək.  

İnsan üzünün formalaşmasına təsir göstərən genlərin yalnız bu işdə müəyyən edilənlərdən ibarət olmadığını vurğulayan alimlər, daha ətraflı iş üçün böyük baza  lazım olduğunu qeyd ediblər.

Tədqiqatçılar insan üzünün formalaşmasında genetik amillərdən başqa yaş, ətraf mühit və həyat tərzinin də təsirli olduğunu xatırladıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DNT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 05:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com