Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
14:07
İranda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

Bazar günü İranda qəzaya uğrayan ATR-72 sərnişin təyyarəsinin qalıqları bir qədər əvvəl aşkarlanıb.

FaktXəbər-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin bəzi hissələri 4000 metr yüksəklikdəki dağlıq ərazidə tapılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Ramazan Şərif məlumatı təsdiqləyib. Onun sözlərinə görə, qəza yerinə xilasedicilər göndərilib.

Xatırladaq ki, Tehran-Yasuc reysini həyata keçirən “Aseman” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində – təyinat məntəqəsinə cəmi 25 kilometr qalmış radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub.

Məqalədə : iran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com