Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
12:55
Hindistan `Agni-2` ballistik raketini uğurla sınaqdan keçirib

Hindistan çərşənbə axşamı səhər nüvə başlığı daşıya bilən "Agni-2" ballistik raketinin sınağını uğurla həyata keçirib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "RİA Novosti" agentliyi Hindistanın Müdafiə Nazirliyi nəzdində çalışan "DRDO" şirkətinə istinadən məlumat yayıb.
 
"Strateji Təyinatlı Qüvvələrinin Komandanlığı Hindistanın Orissa ştatının sahillərində Əbdül Kəlam adasındakı poliqondan raket sınağını uğurlu keçirməyə müvəffəq olub",-deyə məlumatda bildirilir.

Hazırda Hindistan ordusu "Agni" raketlərinin dörd növünə malikdir: "Agni-1" 700 kilometr mənzilli, "Agni-2" 2 min kilometr mənzilli, "Agni-3" və "Agni-4" 2,5 - 3,5 min kilometrə qədər olan.

Gözlənilir ki, Hindistan Müdafiə Nazirliyi 5 min kilometr məsafədən hədəfi vura bilən "Agni-5" raketlərinin də sınağına hazırlaşır.
 
Bundan əlavə sualtı qayıqdan atıla bilən və 10 min kilometr mənzilli raketlərin də istehlına başlanılıb.

Məqalədə : Hindistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com