Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
12:40
Səudiyyənin Taxt-Tac Oyunları: növbəti şahzadə sıradan çıxarıldı

Ər-Riyadda  vəliəhd şahzadə  Muhəmməd ibn Salmanın  fərmanı ilə Parisdə yaşayan 37 yaşlı şahzadə  Salman bin Əbdüləziz saxlanılıb. FaktXeber.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, o, qızının, xanımının və atasının gözü qabağında həbs olunub.

Bildirilir ki, 30-dan çox agent saraya soxulub, şahzadəni döyüb və digər şahzadələrdən fərqli olaraq naməlum istiqamətə aparılıb. 

Bu həbs, ehtimal ki, taxt uğrunda mübarizənin bir hissəsidir, vəliəhd şahzadə  Muhəmməd Bin Salman öz rəqiblərindən xilas olur, çünki  kralın qərarına baxmayaraq, vəliəhdin təyinində son söz  Andiçmə Şurasının üzvlərinindir.

Hazırda şahzadə Salman naməlum istiqamətdə saxlanılır və ailəsinin onunla rabitəsi yoxdur.

Xatırladaq ki, ötən ilin  iyun ayında Səudiyyə Ərəbistanı kralı  Salman özünün 31 yaşlı oğlu Muhəmməd bin Salmanı vəliəhd elan etmişdi. Hazırda vəliəhd şahzadə həm də müdafiə naziridir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səud ailəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 07:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com