Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
12:21
Azərbaycanda əlillərin elektron reyesteri aparılacaq

Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.

Bildirilib ki, 8 fəsil 40 maddədən ibarət olan layihədə ilk oxunuşda fərqli olaraq bir sıra dəyişikliklər edilib. Yeniliklərdən biri odur ki, müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyesterini elektron formada aparır.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin reyesterinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Digər bir yenilik odur ki, əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyət tətbiqindən imtina ediləcək.

Qanun layihəsi ikinci oxunuşda da plenar iclasa tövsiyə olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 07:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com