Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
11:29
Müəllim şagirdini cüdo fəndi ilə yerə sərib - VİDEO

ABŞ-ın Şimali Karolina ştatında dərs zamanı müəllim və şagird arasında baş verən olay rezonans doğurub. FaktXəbər-in "New York Post"a istinadən verdiyi məlumata görə, 12 yaşlı məktəbli Xose Eskudero dərs zamanı müəllimi Pol Stennet tərəfindən cüdo fəndi ilə yerə sərilib.

Hadisənin baş verməsinə səbəb müəllimin şagirdin konfetini ondan alması olub. Tənəffüs zamanı konfetini geri almaq istəyən şagird pedaqoqun cüdo fəndinə məruz qalıb.

Olay barədə şagirdin valideyni Facebook şəbəkəsinə video yerləşdirib. Hadisənin ictimailəşməsindən sonra müəllim işlədiyi təhsil ocağından qovulub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dava 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 05:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com